8 klub, 10 məşqçi
Topaz Premyer Liqasının 34-cü turu 2014/15 mövsümünün çempionunun adına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq “Qarabağ”ın 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: “Neftçi” – 8, “Kəpəz”, “Qarabağ” – hər ikisi 3, “Şəmkir”, “Bakı”, “İnter” – hamısı 2, “Turan”, “Xəzər Lənkəran” – hər ikisi 1 dəfə.
Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov – 5, Kazbek Tuayev – 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev – hər ikisi 3, Qurban Qurbanov – 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov – hamısı 1.
mövsüm | Çempion | Baş məşqçi |
1992 | “Neftçi” | Əhməd Ələsgərov |
1993 | “Qarabağ” | Ağasəlim Mircavadov |
1993/94 | “Turan” | Kazbek Tuayev |
1994/95 | “Kəpəz” | Mehman Allahverdiyev |
1995/96 | “Neftçi” | Kazbek Tuayev |
1996/97 | “Neftçi” | Kazbek Tuayev |
1997/98 | “Kəpəz” | Mehman Allahverdiyev |
1998/99 | “Kəpəz” | Mehman Allahverdiyev |
1999/2000 | “Şəmkir” | Ağasəlim Mircavadov |
2000/01 | “Şəmkir” | Ağasəlim Mircavadov |
2001/02 | yarımçıq qalıb | |
2003/04 | “Neftçi” | Kazbek Tuayev |
2004/05 | “Neftçi” | Ağasəlim Mircavadov |
2005/06 | “Bakı” | Böyükağa Hacıyev |
2006/07 | “Xəzər Lənkəran” | Ağasəlim Mircavadov |
2007/08 | “İnter” | Valentin Xodukin |
2008/09 | “Bakı” | Qyoko Hacievski |
2009/10 | “İnter” | Kaxaber Sxadadze |
2010/11 | “Neftçi” | Arif Əsədov |
2011/12 | “Neftçi” | Böyükağa Hacıyev |
2012/13 | “Neftçi” | Böyükağa Hacıyev |
2013/14 | "Qarabağ" | Qurban Qurbanov |
2014/15 | "Qarabağ" | Qurban Qurbanov |
