18 may 2015 15:15
Eddi İsrafilovsuz Qranada darmadağına sevindi
İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Real Sosyedad"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Eddinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qranada" bu nəticədən sonra 34 xalla 16-cı pilləyə yüksəlib.
