18 may 2015 14:30

Qəbələ Liverpulla eyni qrupda

“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, komandanın sabiq futbolçusu Yaşar Abuzərovun başçılıq etdiyi kollektiv mayın 23-24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Lenser Pfingct Cup” turnirində mübarizə aparacaq.

İştirakçı baxımından Almaniya təmsilçilərinin üstünlük təşkil etdiyi turnirdə “Qəbələ” 11-ci qrupda yer alıb. “Qırmızı-qaralar” qrup mübarizəsində İngiltərənin “Liverpul”, eləcə də yerli TSV “Neu Ulm”, FC “Herdecke Ende”, “Ratenger SpVgg 04/19” kollektivləri ilə üz-üzə gələcək. Bu, 2004-cü il təvəllüdlü futbolçularımızın ilk xarici səfəridir.

Budəfəki turnirdə qalib adı uğrunda Almaniyanın “Borussiya”(Dortmund), “Şalke”, “Düsseldorf”, “Köln”, “Herta” və “Hannover-96”, İngiltərənin “Arsenal”, “Liverpul” və “Lyuton Taun“, Avstriyanın “Austriya”, “Rapid”, İsveçin “Hammarbyu” və “Malmö”, habelə “Portu” (Portuqaliya), ”Malaqa” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya), “San Paulo” (Braziliya) kimi adlı-sanlı klub təmsilçiləri mübarizə aparır.

“Qəbələ” Almaniyaya bu heyətlə yollanacaq: Nail Kərimov (“Qəbələ” Futbol Akademiyasının direktor müavini), məşqçilər Yaşar Abuzərov, Anar Surxayev və Uğur Kurt, həkim İlkin slamov, inzibatçılar Elçin Şahbazlı və Elçin Rzazadə. Futbolçular: Heybət Vəliyev, Emil Umarov, Elçin Kərimov, Səid Agazadə, Vüqar Cüməzadə, Fuad Əhmədov, Cavad Kərimov, Emil Süleymanov, Murad Hümbətov, Aslan Qarayev, Elmir Qələndərov, Elmir Şirinzadə, Səid Abdullayev, Hüseyn Hüseynzadə, Nuqay Rəşidov, Elmir Hüseynli, Nihad Xəlili, Okan Təhməzli.

Qeyd edək ki, “Qəbələ” U-11 futbol akademiyasının bu mövsüm ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq turnirdə çıxış edəcək növbəti kollektividir. Bunadək “Qəbələ”nin U-12, U-13, U-14, U-15 və U-17 komandaları xaricdə keçirilən beynəlxalq turnirlərdə iştirak ediblər. ("Qəbələ İK" qəzeti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.