18 may 2015 11:45
Robert Prosineçki Qarabağı təbrik edib
Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da "Sumqayıt" komandasını 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubu çempionatın sonuna 2 tur qalmış ölkə çempionluğunu təmin edib. Azerisport.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ" klubunu təbrik edib, UEFA Çempionlar Liqasında uğurlar arzulayıb.
