Vüqar Nadirov: İnterlə oyuna elə çıxacağıq ki, sanki çempion olmamışıq
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- "Sumqayıt"la oyun haqda nə deyə bilərsiniz?
- "Sumqayıt" çox yaxşı komandadır. Bir daha necə ciddi rəqib olduqlarını göstərdilər. Onlar da meydana qələbə üçün çıxmışdılar. Sadəcə, biz öz oyunumuzu sərgilədik və qalib gəldik.
- Siz özünüz də bir neçə dəfə fərqlənməyə yaxın idiniz...
- Hə, şanslarım oldu. Amma hər dəfə alınmır. Əsas odur ki, qələbə qazandıq, kollektiv futbol sərgilədik. Mənim və ya başqasının qol vurması böyük önəm kəsb etmir. Qələbə daha vacibdir. Bu oyunda Leroy Corc öz şansını dəyərləndirdi və nəticədə lazım olan nəticəni qazandıq.
- Oyundan sonra daha iki dəqiqə "Qəbələ" - "İnter" matçının nəticəsini gözləməli oldunuz...
- Həmin oyunun başa çatmasını gözləməliydik. Əlbəttə, bu dəqiqələrdə həyəcan hiss olunurdu. Çünki hər şey ola bilərdi. Amma sonra hər şey bizim arzuladığımız kimi başa çatdı.
- Yəqin ki, buna görə "Qəbələ"yə də minnətdar olmalısınız...
- Əlbəttə. Bu komanda bir daha göstərdi ki, istənilən rəqibə qalib gələ bilər.
- Demək olar ki, sizin "İnter"lə qarşıdakı oyununuz öz əhəmiyyətini tamamilə itirdi?
- Niyə ki? O da vacibdir. Maraqlı oyun olacaq. Meydana elə çıxacağıq ki, sanki çempion olmamışıq. Qələbə qazanmalıyıq.
