18 may 2015 00:40
Ağayev oynamadı, Kayserispor qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub "Karşıyaka" ilə qarşılaşıb. Çempionluğu təmin etməsinə baxmayaraq, kayserililər bu görüşdə də qalib gəliblər - 2:1. Zədəsini sağaltmaqla məşğul olan Kamran bu görüşün də iştirakçısı olmayıb.
Qeyd edək ki, "Kayserispor" 69 xalla birincidir.
