18 may 2015 00:30

Asif Məmmədov: Futbolçunu pulsuz oynamağa məcbur etmək olmaz

"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə heç-heçəyə dair nə deyə bilərsiniz?
- Qəbələyə qələbə üçün gəlmişdik. Qalib gələcəyimiz halda çempionluq şansımızı saxlamış olacaqdıq. Amma görünür bu mövsüm qızıl medallar bizə qismət deyilmiş. "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm. Biz isə artıq növbəti mövsümdə uğur qazanmaq haqda düşünməliyik.

- "Qarabağ"ın çempionluğunu layiqli hesab edirsiniz?
- Bəli. Hazırda onlar ölkənin ən yaxşısıdırlar.

- Bəs sizin komandaya bu uğura nail olmaq üçün nə çatmadı?
- Hardasa maliyyə problemləri öz sözünü dedi. Amma hər şeyi bununla bağlamaq istəməzdim. Çətinliklərə baxmayaraq, uşaqlarla qərara gəldik ki, hər şeyə rəğmən, öz xoşbəxtliyimizi axtaraq. Sadəcə, alınmadı.

- Bundan sonra necə olacaq?
- Premyer Liqanın ikinci komandası olduq. Avropa Liqasında çıxış edəcəyik. Hazırlaşmaq lazımdır. Ümid edirəm ki, tezliklə klubumuzdakı problemlər tezliklə yoluna qoyulacaq.

- Bəs vəziyyət düzəlməsə?
- O zaman Avropa Liqasında işimiz asan olmayacaq. Həm də iddiasız komandada qalmağı hər futbolçu istəmir. Futbolçunu pulsuz oynamağa məcbur etmək olmaz.

- Bəs siz nə etməyi düşünürsünüz?
- Mən gözləmə mövqeyi tutmuşam. Başqa klublardan da təkliflər var. Amma "İnter"də hər şeyin necə nəticələnəcəyini gözləyirəm. Düzünü desəm, heç bir yerə getmək istəmirəm. Çünki bu klub mənim üçün doğmalaşıb. Ümid edirəm ki, sonda elə komandada qalacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.