17 may 2015 21:30
Erat oynadı, komandası qalib gəldi
Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf klubu səfərdə "Zandhauzen"lə qarşılaşıb. Görüş düsseldorfluların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Erat matçın 70-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Fortuna" hazırda 44 xalla 8-ci pillədə qərarlaşıb.
