17 may 2015 16:00

Qəbələ və Qaydan rekord, Santos 50-yə çatdı

“Qəbələ” Topaz Premyer Liqasının 34-cü turunda “İnter”lə üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, ev oyununda 1:1 hesablı heç-heçəyə nail olan “qırmızı-qaralar” uğurlu seriyalarına daha bir matç əlavə edib.

Premyer Liqada 11-ci

Fevralın 15-də “Neftçi” ilə ev oyunundan (1:3) xalsız ayrılan “Qəbələ” 90 gündür çempionat matçlarında uduzmur. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 11 məğlubiyyətsiz matçda 29 xal qazanıb. Komandanın tarixində ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb və 16 matçdan ibarət olub. 2010-cu ildə 12 matçlıq seriyası olan komanda indi tarixinin 3-cü nəticəsinə imza atıb.

Evdə 5-ci

“Qəbələ” öz meydanındakı məğlubiyyətsiz oyunların sayını 5-ə çatdırıb. “Neftçi”yə uduzduqdan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da məğlubiyyət acısı yaşamayıb. “İnter”lə görüşdə isə ardıcıl 2-ci ev heç-heçəsi qeydə alınıb və yenə eyni nəticə ilə başa çatıb.

12-ci qollu oyun

“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun yetirmələri 12 matçdır meydanı qolsuz tərk etmir. Həmin görüşlərdə “Qəbələ” 22 dəfə qol sevinci yaşayıb. Klub tarixinin rekorduna imza atan “qırmızı-qaralar” 2006/07 mövsümündən çıxış etdiyi Premyer Liqada daha məhsuldar seriyaya malik olmayıb.

Aleksey Qay rekordunu təkrarladı

“İnter”lə qarşılaşmada hesabı açan Aleksey Qay Premyer Liqada 4-cü qolunu vurub. Maraqlıdır ki, o, bakılılarla III dövrənin paytaxtdakı oyununda da 1 qolla 2:1 hesablı qələbədə pay sahibi olmuşdu. Bu dəfəki qol həm də yarımmüdafiəçinin karyerasının rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, 2014/15 mövsümünün ilk yarısını “Çernomorets”də keçirən futbolçu Ukrayna Premyer Liqasında da 4 qol vurmuşdu. Bu isə o deməkdir ki, Qay mövsümdə 8-ci çempionat qolunu vurub. Yarımmüdafiəçi üçün indiyədək ən məhsuldar mövsüm olan 2005/06-da da o, 8 dəfə fərqlənmişdi. Həmin vaxt Aleksey “İliçevets”də 8 qola imza atmışdı.

40-cı heç-heçə

“İnter”lə heç-heçə “Qəbələ”nin ev oyunlarındakı 40-cı bərabərliyidir. Bunların 33-cü Premyer Liqa, 7-si kuboka təsadüf edib. “Qırmızı-qaralar”ın indiyədək öz meydanında keçirdiyi 173 oyunda 85 qələbə və 48 məğlubiyyəti də var. Bu qarşılaşmalarda top fərqi 246-127-dir.

Santos 50-yə çatdı

“İnter”lə oyun Rafael Santosun “Qəbələ”də 50-ci oyunu olub. “Qırmızı-qaralar”ın heyətində 2-ci mövsümünü keçirən müdafiəçi 42 çempionat, 6 kubok və 2 avrokubok qarşılaşmasının iştirakçısı olub. Özünün debüt – 2013/14 mövsümündə 15 Premyer Liqa və 3 kubok matçında forma geyən cənubi amerikalı cari mövsümdə 3 turnirin iştirakçısı olub. Avropa Liqasının 2 qarşılaşmasından sonra cənubi amerikalı 27 çempionat və 3 kubok oyununda çıxış edib. Rafael “Qəbələ”də 50 və daha çox oyun keçirən 27-ci futbolçudur. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.