17 may 2015 14:00
Əmrah Çəlikəl: Diqqətimiz Sumqayıtla oyunda, qulağımız isə Qəbələdə idi
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl komandanın növbəti çempionluğu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Uzun müddət liderliyimizi qoruyurduq. "Qarabağ" hər görüşdə qələbə qazanmağa çalışsa da, bəzən bu, alınmırdı. 34-cü turda bizim diqqətimiz "Sumqayıt"la matçda, qulağımız isə Qəbələdə idi. Bilirdik ki, "Qəbələ" - "İnter" görüşünün nəticəsi vacibdir. Yekunda "Qarabağ" qalib gəldi və ardıcıl ikinci çempionluğunu rəsmiləşdirdi. Bütün komandanı, rəhbərliyimi, futbolçuları və azarkeşləri təbrik edirəm. Bu çempionluq bizim üçün çox əzizdir".
