17 may 2015 13:30
Vüqar Nadirov: Qəbələ - İnter matçının son iki dəqiqəsində həyəcanlandıq
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunda (1:0) çempionluğu təmin etmələrindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"yə təşəkkürümü bildirirəm. Onlar öz oyunları ilə göstərdilər ki, istənilən rəqibə qalib gələ bilərlər. Amma bütövlükdə biz "Qəbələ" - "İnter" oyunu barədə düşünmürdük. Bütün diqqətimiz "Sumqayıt"a qarşı keçirdiyimiz oyuna yönəlmişdi. Qəbələdki görüşü düşünsəydik, öz oyunumuza tam köklənə bilməzdik. Ona görə "Sumqayıt"a qalib gəldikdən sonra həmin oyundakı son iki dəqiqənin də bitməsini gözlədik. Həmin vaxt bir az həyəcanlanmışdıq. Çünki futbolda hər şey ola bilir".
