17 may 2015 11:00
Emil Balayevsiz Ayntraxtdan xal itkisi
Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt klubu səfərdə "Herta" ilə qarşılaşıb. Berlində baş tutan görüşdə tərəflər fərqlənə bilməyiblər - 0:0. Emilin adı həmişəki kimi matçın iştirakçıları arasında yer almayıb.
Qeyd edək ki, "Antraxt" bu nəticədən sonra 40 xalla 11-ci pillədə qərarlaşıb.
