17 may 2015 00:50
Ufuk Budak 90 dəqiqə oynadı, komandası büdrədi
Türkiyə PTT 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Girəsunspor"la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 41 xalla 12-ci pillədə qərarlaşıb.
