17 may 2015 00:40
Vaqif Cavadov oynamadı, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Vaqifin adı bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Boluspor" hazırda 41 xalla 11-ci pillədə qərarlaşıb.
