17 may 2015 00:30
Cəmşid Məhərrəmov baxdı, komandası 4 qolla qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Elazığspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 4:3 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Adanaspor" hazırda 39 xalla 14-cü pillədə qərarlaşıb.
