17 may 2015 00:20
Ruslan Qurbanovuz Hayduk çempion önündə biabır oldu
Xorvatiya çempionatında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Split klubu səfərdə lider Zaqreb "Dinamo"su ilə qarşılaşıb. Görüş çempionluğunu xeyli öncə təmin etmiş "Dinamo"nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Hayduk" hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.
