17 may 2015 00:00

Rəşad Sadıqov: Qarabağ qızıl dubla imza atmaq istəyir

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Sumqayıt" üzərindəki qələbədən və növbəti çempionluqdan danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Öz oyunumuzla yanaşı "Qəbələ" və "İnter" arasındakı görüşdə baş verənləri də izləyirdik. Çünki həmin görüşün nəticəsindən çox şey asılı idi. Qəbələdə hər iki komanda çox yaxşı futbol sərgilədi. Amma təbii ki, heç-heçə bizim xeyimizə oldu".

Sadıqovun sözlərinə görə, komandası çempionluğun taleyini "İnter"lə növbəti turun oyununa saxlamaq istəmirmiş: "Hər şeyi növbəti tura saxlasaydıq, bizim üçün ağır nəticələnə bilərdi. Bu il ağır oyunlarımız çox oldu. Amma sonadək mübarizə apardıq. Bu oyunda da qələbə qazanmaq çox vacib idi. Çünki çempionluğu məhz bu tur təmin etmək istəyirdik".

Ağdamlıların kapitanı bu mövsüm qazanılan çempionluğun daha çətin əldə olunduğunu bəyan edib: "Bu mövsüm çox qələbə qazandıq. Amma gələcəyə baxmaq lazımdır. Keçirdiyimiz oyunları analiz etməliyik, nəticələr çıxarmalıyıq. Sadəcə onu deyə bilərəm ki, bu çempionluq ötən ilki ilə müqayisədə daha çətin başa gəldi"

"Bu mövsüm hər bir rəqibimiz bizimlə oyunlara xüsusi hazırlaşırdı. Azarkeşlər isə bizdən ardıcıl ikinci çempionluğu tələb edirdilər. Biz də hər oyunda qələbə qazanmağa çalışdıq. Hərdən bu, alınırdısa, alınmadığı oyunlar da olurdu. Son turlardakı xal itkiləri isə üzərimizdəki təzyiqi artırmışdı".

Sadıqov Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirəcəkləri oyundan da danışıb: "Artıq "Neftçi" ilə kubokun finalındakı oyunumuzu düşünə bilərik. "Qızıl dubl"a imza atmaq istəyirik. Amma buna nail olmaq çox çətin olacaq. Çünki rəqib də mövsümü titulla başa vurmaq istəyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.