16 may 2015 23:00
Aqil Məmmədov: Komandamın çıxışından razı qaldım
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandamızın çıxışından razı qaldım. Şahin Əliyev, Budaq Nəsirov kimi oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Növbəti mövsüm hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, dəyişikliklər etməliyik. Konkret məqsədlər uğrunda mübarizə aparmaq istəyirik”.
