16 may 2015 22:30
Qriqorçuk: Gördüyüm ən maraqlı oyunlardan biri idi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz oyunun çətin olacağını bilirdik. Oyundan razıyam. İki yaxşı komanda mübarizə apardı. Düşünürəm ki, ədalətli nəticə ilə bitən matç gördüyüm ən maraqlı oyunlardan biri idi”.
