16 may 2015 20:45
Yunis Hüseynov: İkinci hissədə baxımlı futbol sərgilədik
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk hissədə yaxşı oynamadıq. İkinci hissədə isə baxımlı futbol sərgilədik və qol vurduq. Futbolçuları təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
