16 may 2015 20:30
Tərlan Əhmədov: Ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir. Biz yaradılan qol epizodlarından yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim. Bəzi səhvlər bağışlanmazdır. Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.
