16 may 2015 18:30
Yuri Syomin: Azərbaycana qayıdacağım haqda deyilənlər böhtandır
Rusiyanın "Mordoviya" klubunun baş məşqçisi, vaxtilə "Qəbələ"ni çalışdırmış Yuri Syomin yenidən Azərbaycana qayıdacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunu şərh etməyəcəyəm. Qarşıda iki oyunumuz var. Moskvada və Azərbaycanda yayılan şayiələrə gəlincə, bunlar hamısı böhtandır. Bu xəbərləri "Rostov"la oyun öncəsi komandadakı atmosferi korlamaq üçün ortaya atıblar".
