Stadium Tour çərçivəsində üçüncü tədbir keçirildi
"Neftçi" PFK "Stadium Tour" layihəsi çərçivəsində üçüncü tədbirini keçirib. Azerisport.az xəbər verir ki, bu dəfə layihənin qonaqları Həyat Beynəlxalq Humanitar Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nəzdində olan qaçqınlar mərkəzinin əməkdaşları və təşkilatın himayəyə götürdüyü uşaqlar olub.
Qonaqlara ilk olaraq “Bakcell Arena” haqqında məlumat verilib. Daha sonra tur iştirakçıları stadionun media mərkəzində yaradılmış şərait və mətbuat zalı ilə tanış olublar. Komandamızın paltardəyişmə otağı uşaqlar tərəfindən daha böyük maraqla qarşılanıb. Alqış sədaları altında meydançaya daxil olan qonaqlara daha sonra “Neftçi”nin “fans-stand” guşəsində forma və şərflər hədiyyə olunub. Mərkəzi “Skybox”ları gəzən təşkilat nümayəndələrinə stadionun “VIP lounge” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlara stadionda çəkdirilmiş xatirə şəkilləri təqdim olunub.
Xatırladaq ki, “Neftçi” PFK “Stadium Tour” layihəsini davam etdirir. Layihədə iştirak etmək istəyən azarkeşlərimiz bununla bağlı istəklərini [email protected] ünvanına göndərə bilərlər. Müraciətdə ad, soyad və mobil nömrənizin qeyd olunması vacibdir.










