16 may 2015 17:00
Məhəmməd Mirzəbəyov: Bunu nə təkzib, nə də təsdiq edə bilərəm
"İnter"in müdafiəçisi Məhəmməd Mirzəbəyov "Neftçi" və "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi elə bir dövrdür ki, dəqiq heç nə demək olmur. Hazırda bütün diqqətim qarşıdakı oyunlara yönəlib. İndi bu barədə danışmaq düzgün olmazdı. Nə vaxt hansısa komandaya keçsəm, hər kəs bunu biləcək. Bu xəbərləri nə təkzib, nə də təsdiq edə bilərəm".
