16 may 2015 16:30
"Çempionluğun taleyi İnter ilə öz aramızdakı oyunda həll olunacaq"
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 34-cü turunda çempionluqlarını təmin etmək şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, "İnter" bu tur "Qəbələ"yə qalib gələcək və çempionluğun taleyi "İnter"lə görüşümüzdə həll olunacaq. Bizi isə "Sumqayıt"la çətin oyun gözləyir. Bu görüşdə qələbə qazanmağımız lazımdır".
