16 may 2015 16:00
Baçana Sxadade: Qəbələ indi daha iddialı olsa da, qələbə qazanmağa çalışacağıq
"İnter"in hücumçusu Baçana Sxadadze Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndiki mərhələdə hər oyun finala bərabərdir. Ona görə də "Qəbələ" ilə oyun bizim üçün xüsusi əhəmiyyət daşıyır. Maraqlı oyun olacaq. "Qəbələ" son dövrlər çox dəyişib. İndi bu komanda daha ciddi və iddialı olub. Öz oyun üslubları var. Amma biz istənilən halda qələbə qazanmağa çalışacağıq".
