16 may 2015 15:30
Əsədov Neftçini yoxlama matçında sınaqdan keçirəcək
Topaz Premyer Liqasının 34-cü turunu buraxmaq məcburiyyətində qalan "Neftçi" bu boşluğu yoxlama oyunu ilə doldurmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, Arif Əsədov yetirmələrini ikitərəfli oyunda sınayacaq.
Qarşılaşma bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Matç saat 17:00-da start götürəcək.
