16 may 2015 14:30

Elvin Bədəlov: Neftçi bu baxımdan ideal variantdır

"Neftçi"nin müdafiəçisi Elvin Bədəlovun azerisport.az saytına müsahibəsi

- Mövsümün sonu çatır, amma siz hələ də "Neftçi"nin heyətində yer almırsınız. Növbəti mövsümdə də komandada qalmağı planlaşdırırsınız?
- Mənim hələ "Neftçi" ilə müqaviləm var.

- Sizinlə başqa maraqlanan yoxdur?
- Maraqlanırlar, sadəcə, "Neftçi"yə məxsusam.

- Rusiyaya qayıtmağınızı gözləmək olar?
- Əlbəttə, istərdim ki, Rusiyanın güclü komandalarından birində çıxış edim. Amma bunun üçün təcrübə toplamalıyam. "Neftçi" də bu baxımdan ideal variantdır.

- Niyə heyətə düşə bilmirsiniz?
- Bu suala cavab verə bilmərəm. Çünki heyəti məşqçilər müəyyənləşdirir. Yaxşı olardı ki, bunu Arif Əsədovdan soruşasınız. Əsas heyətə düşmək üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, tezliklə mən də forma şansı qazanacağam.

- Başqa klubda icarədə oynamağı arzulamırsınız?
- Xeyr, "Neftçi"dən getmək istəmirəm. Hətta icarədə oynamağı da düşünmürəm.

- Əsas rəqiblərinizdən olan Elvin Yunuszadənin transferə çıxarılması sizin yolunuzu aça bilər?
- Elvin əla insan, əla oyunçudur. Ona çox böyük hörmətim var. O, əsas heyətdə oynamağa layiq idi. Amma onun barəsində əvəzedici komandaya göndərilmək qərarını mən çıxarmamışam. İstənilən halda mənə şans veriləcəyinə ümidliyəm. Hər şey baş məşqçidən asılıdır.

- "Zenit"dən də sizinlə maraqlanan yoxdur?
- Düzünü deyim ki, yox. Bəzi uşaqlarla zəngləşirəm. Onların dediyinə görə həmin vaxt baş məşqçi olan Dmitri Çerışev məni buraxmasına görə təəssüflənirmiş. Amma mən öz seçimimi etmişdim.

- O, hazırda "İrtış"da çalışır...
- Hə, ona uğurlar arzulayıram. Çox yaxşı insan, çox yaxşı mütəxəssisdir.

- Ramil Şeydayevlə əlaqə saxlayırsınız?
- Bəli, hərdən. Şadam ki, o, "Zenit"in əsas heyətində çıxış edir. Ümid edirəm ki, daha yaxşı olacaq.

- O, təsadüfən sizə Azərbaycan yığmasında oynamaq istəyindən danışmayıb?
- Xeyr, biz onunla futboldan danışmamağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.