16 may 2015 00:05

Roman Qriqorçuk: Buna inanmaq çətindir

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- "Dnepr"in Avropa Liqasının finalına vəsiqə qazanmasını necə qiymətləndirə bilərsiniz?
- Əla! Başqa söz tapa bilmirəm. Bu, ilk növbədə Ukrayna kimi futbol ölkəsi üçün uğurlu bir hadisədir. Ölkənin böyük futboldakı imici daha da artdı. Klubu bu münasibətlə təbrik edirəm və buna çox sevinirəm.

- Rusiya mətbuatı "Dnepr"in uğurunun hakim səhvlərinə çox bağlı olduğunu yazır. Siz bu deyilənlərlə razısınız, yoxsa onlar iki ölkə arasındakı münasibətlərin qaydasında olmamasına görə belə yazırlar?
- Mən başqa insanların dediklərinə münasibət bildirməyi xoşlamıram. Hər kəsin öz fikri var. Hər kəs öz fikrini bildirməkdə haqlıdır. Futbolda vacib olan oyun keyfiyyəti və nəticədir ki, bu da "Dnepr"də var idi.

- Qarşıda "İnter"lə oyununuz var. Nə gözləyirsiniz?
- Bu oyun məni də çox maraqlandırır. Bakılıların ciddi komandası olduğunu düşünürəm. Yaxşı baş məşqçisi, keyfiyyətli oyunçuları var. Təşkilatlanmış, taktiki cəhətdən möhkəm komandadır. Ona görə də belə güclü rəqiblə qarşılaşmaq özümə də maraqlı gəlir. Məhz belə rəqiblərlə görüşlərdə başa düşürsən ki, daha böyük uğurlar qazanmaq üçün daha artıq çalışmaq lazımdır.

- "Neftçi"nin demək olar ki, üçüncülükdən əlini üzdüyünü nəzərə alsaq, sizin bürünc medalları təmin etdiyinizi demək olar?
- Komandanın nədənsə əlini üzdüyünü eşitmək mənə gülməli gəlir. Təsəvvür etmirəm ki, "Neftçi"də kimsə bunu desin. Mən belə bir söz eşitməmişəm. Əgər onlar belə bir söz deyiblərsə də belə, bunun özü çox təəccübləndiricidir. Çünki onların hələ üçüncü olmaq şansları var.

- Ola bilər ki, daxili turnirlərdə yalnız çempionluğu uğur sayan komanda üçün üçüncülük maraqlı olmasın...
- İstənilən halda üçüncü yeri tutmaq dördüncü olmaqdan daha yaxşıdır. "Neftçi"nin 3-cü yer uğrunda mübarizə aparmayacağına inanmaq mənə çətindir.

- Komandanızla adları yanaşı hallanan futbolçular çoxdur. Bu, sizə problem yaratmır?
- Razıyam ki, söhbətlər çoxdur. Özü də çoxu həqiqəti əks etdirmir. Sizə ancaq onu deyə bilərəm ki, maraqlandığımız oyunçular var. Biz bunu ona görə edirik ki, heyəti komplektləşdirməyə etiyacımız var.

- "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri "Facebook"dakı səhifəsində yazıb ki, siz Rahid Əmirquliyevi komandanızda görmək istəyirsiniz...
- Bilmirəm ki, o, bunu hardan öyrənə bilər (gülür). Axı mən onunla heç vaxt danışmamışam. Bütün klubların nümayəndələrinə hörmətim var. Sadəcə, onu deyə bilərəm ki, Əmirquliyev çox ciddi futbolçudur və onu əksər komandalar sırasında görmək istərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.