16 may 2015 00:00
Yuri Syomin Azərbaycana qayıda bilər
Rusiyalı mütəxəssis Yuri Syomin bu yay yenidən Azərbaycana qayıda bilər. Azerisport.az xəbər verir ki, ötən il "Qəbələ"nin sükanı arxasında çalışmış məşqçi hazırda ölkəsində "Mordoviya"nı çalışdırır.
Sözügedən komandanın rəhbərliyi 68 yaşlı mütəxəssisin komandada qalmasında maraqlıdır və artıq ona yeni müqavilə də təklif ediblər. Lakin tərəflər şərtlərdə razılığa gələ bilmirlər.
Qeyd edək ki, Syominin indiki komandası Rusiya Premyer Liqasında 27 turdan sonra 9-cu pillədə qərarlaşıb. Onu Azərbaycanın hansı klubunun istədiyi isə bilinmir.
