15 may 2015 19:45
Georgi Çixradze: Bu oyundan sonra da bir çox oyunçular gedəcək
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı”.
