15 may 2015 19:30
İbrahim Uzunca: Oyunçular həvəssiz mübarizə apardılar
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar. Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirirməyi düşünürük”.
