15 may 2015 19:15
Qəbələ İnterə, Qarabağ Sumqayıta uduzdu
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 34-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə baş tutan 3 görüşdə aşağıdakı nəticələr qeydə alınıb:
Əvəzedicilərin çempionatı
34-cü tur
15 may
“Xəzər Lənkəran” - AZAL - 2:1
Qollar: Kənan Bağırzadə, 11. Anar Babazadə, 42-pen. - Sənan Məmmədli, 37.
“Qarabağ” - “Sumqayıt” - 1:2
Qollar: Şəhriyar Əliyev, 68 - Orxan Əliyev, 41-pen; 75.
“Qəbələ” - “İnter” - 0:2
Qollar: Elnur Süleymanov, 75; 80-pen.
