Qarabağ xal itirməyəcək, İnter Qəbələyə uduzacaq
Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədov Topaz Premyer Liqasının 34-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
"Simurq" - "Bakı"
"Simurq" ev oyununda qələbə qazanmağa çalışacaq. "Bakı" bu oyunda əks-hücumlardan istifadə etməklə uğur qazana bilər. Bu oyun üçün dəqiq proqnoz vermək çətindir.
"Qəbələ" - "İnter"
Maraqlı görüş olacq. "İnter" Bakıdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Qəbələ" hazırda çox yaxşı formadadır. Bu komanda ev oyununda qələbə qazanıb, üçüncü pillədəki mövqeyini möhkəmləndirməyə çalışacaq. Fikrimcə, komanda buna nail olacaq gücdədir.
"Qarabağ" - "Sumqayıt"
Sumqayıtlılar "Qarabağ"a qarşı həmişə layiqli mübarizə aparıblar. Amma mənə elə gəlir ki, Ağdam klubu bu görüşdə xal itirməyəcək. Çünki komanda çempionluq uğrunda mübarizə aparır.
"Xəzər Lənkəran" - AZAL
AZL səfər oyununda 3 xal qazana bilər. Amma meydan sahiblərinin də oxşar şansı var. Bakılıları qarşılaşmanın favoriti hesab edirəm.
