15 may 2015 16:30
Roman Qriqorçuk: 1,5-2 ilə Qəbələni Avroliqanın finalına çıxarmaq olar
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bəyan edib ki, müəyyən şərtlərə əməl olunacağı halda, komandasını Avropa Liqasının finalına çıxara bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasının finalında oynamaq üçün bütün komponentlərin mövcudluğu vacibdir. Bunun material hissəsi var, komandanı komplektləşdirmək lazımdır, komanda ilə iş, şərait, hər şey yüksək səviyyədə olmalıdır. Əgər bütün bunlar olsa, uğur qazanmaq üçün elə də uzun müddət lazım gəlməz. İlyarım, iki ilə buna nail olmaq olar".
