15 may 2015 15:30
Qara Qarayev: Avroliqanın finalında Dneprə yox, Sevilyaya azarkeşlik edəcəyəm
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsində rəqibləri olmuş Ukraynanın "Dnepr" klubunun bu turnirin finalına vəsiqə qazanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dnepr" bizimlə oyundan sonra daha yaxşı çıxış etməyə başladı. İndi onlar daha yaxşı təsir bağışlayırlar. Düzdür, mən onların çıxışını xüsusi izləmirəm. Amma yaxşı çıxış edirlər, finala da çıxdılar. Bu, "Dnepr" üçün böyük uğurdur.
Onların vurduğu qollarla bağlı xüsusi danışmaq istəmirəm. Bir neçə dəfə ofsayddan qollar vurublar. Amma bunu finala çıxmalarının əsas səbəbi saymazdım. Onlar doğrudan da çox inkişaf ediblər. Finalda da onlara uğurlar arzulayıram. Amma "Sevilya"ya azarkeşlik edəcəyəm".
