Səlahət Ağayev: İnterin vəziyyəti düzəlsə, Xəzər Lənkəranın təklifindən imtina edəcəyəm
"İnter"in qapıçısı Səlahət Ağayev "Xəzər Lənkəran"dan aldığı təklif və öz klubundakı vəziyyətlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir neçə gün öncə klubumuzun iclası keçirildi. Orada klub prezidenti bizə maliyyə çətinliklərinə baxmayaraq, sərgilədiyimiz oyuna görə təşəkkürünü bildirdi. O, bildirdi ki, biz bu problemə görə məşq etməyə, oyunlara çıxmaya da bilərdik, amma bunu etmədik. Düzgün yolda olduğumuzu düşünürəm. Bu gün mənə dedilər ki, klubumuzun işləri düzəlməlidir. Əgər bu, baş versə, "Xəzər Lənkəran"ın təklifindən imtina edəcəyəm. Bu komanda məni öz heyətində görmək istəyir. "İnter" büdcəni azaltsa, iddiaları əvvəlki kimi olmasa, öz məşqçimlə - Cəmaləddin Əliyevlə məsləhətləşəcəyəm. Belə deyək, onun razılığı olmadan heç bir addım atmayacağam".
