15 may 2015 14:15
Kayserispor Kamrana yeni müqavilə təklif etdi
Türkiyənin "Kayserispor" klubu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevə yeni müqavilə təklif edib. Azerisport.az xəbər verir ki, millimizin qolkiperinin bu klubla müqaviləsininmüddəti ayın sonunda başa çatacaq.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Ağayevə hazırda Türkiyənin başqa klublarından da təkliflər var. Bu üzdən də həmyerlimiz qərar verməyə tələsmir.
Qeyd edək ki, "Kayserispor" PTT 1-ci liqada çempion olaraq, Super Liqaya birbaşa vəsiqə qazanıb.
