15 may 2015 13:30

Böyükağa Hacıyev: Bu çempionatla qrup mərhələsində oynamaq mümkün deyil

"Neftçi" klubunun sabiq baş məşqçisi, Məşqçilər Şurasının üzvü Böyükağa Hacıyev azərisport.az saytının suallarına cavab verib.

- Son günlər "Neftçi"də baş verənləri necə izah edərdiniz?
- Mövsümün sonu yaxınlaşır. Bəlkə də yorğunluq özünü göstərir. Bununla belə "Neftçi"dən "İnter"ə qarşı belə zəif oyun gözləməzdim. Adətən ağ-qaralar bankirlərə qarşı xüsusi əzmkarlıqla mübarizə aparırdı. İstənilən halda "Neftçi"nin oyun baxımından gerilədiyini düşünürəm. İstəməzdim səbəblər barədə danışıb. Onları məşqçilər heyəti daha yaxşı izah edər. Mən danışanda həmkarlarımın işinə qarışmaq kimi alınır.

- Rauf Əliyevlə Mirhüseyn Seyidovun klubdan ayrılmasıyla problemlər həll olunacaq?
- Mənim dövrümdə komanda uduzanda günahı öz üzərimə götürürdüm. Ola bilər ki, rəhbərlik futbolçuları dəyişməklə uğur qazanacağını düşünür. Heyət dəyişəcəksə avrokuboklarda kim oynayacaq? Digər tərəfdən Rauf Əliyev bir neçə ay əvvəl dəvət olunub. O zaman düşünmürdülər ki, bu futbolçu "Neftçi"yə lazımdı ya yox? Bəlkə ondan istifadə edə bilmədilər? İranda işlədiyim zaman belə bir söz deyirdilər, "klub futbolçu alanda diqqətli olmalıdı. Çünki, satanda uduzan tərəf ola bilər".

- Sizin açıqlamalardan sonra baş məşqçi Arif Əsədov cavab verməyəcəyini deyib.
- Arif Əsədovun işinə heç vaxt qarışmamışam. Sadəcə jurnalist məndən soruşdu ki, "Neftçi"də nə dəyişməlidi? Mən də cavab verdim ki, klubda 18 futbolçu və 5 məşqçi lazımdır. Komandanı bu vəziyyətdə görəndə insana təsir edir. Hər halda klubla birgə uğur qazanmışam. İnanıram ki, Əsədov komandanı bu vəziyyətdən çıxaracaq. Qarşıda kubokun finalı var. Orada qələbə qazanmaqla hər şeyi unutdurmaq olar.

- "Neftçi"ni kubokun finalında favorit hesab edirsiniz?
- Təəssüf ki, yox. Fikrimcə "Qarabağ" bu şansı əldən buraxmayacaq. Ağdam təmsilçisi qızıl dubl etmək üçün əla şans qazanıb. Qurban Qurbanov növbəti uğurunu qazana bilər. Digər tərəfdən "Qarabağ"ın son oyunlarında geriləmə hiss olunur. Futbolçular əvvəlki oyunu göstərmir. Bu məni müəyyən mənada qorxudur. Çünki, qarşıdan avrokuboklar gəlir.

- Yayda "Neftçi"dən komandaya qayıtmaq barədə təklif gəlsə cavabınız necə olacaq?
- Təklif olsa düşünərəm. Amma fikrimcə "Neftçi"yə qayıtmağım real deyil. Komandadan təzəcə ayrılmışam. İndiki məqamda geri qayıtmaq düzgün qərar olmaz. Həm də komandanın baş məşqçisi var. Onu yayda dəyişmək yanlışlıq olar.

- Hazırkı çempionatı necə qiymətləndirirsiniz? Ötən mövsümlə müqayisə etmək olar?
- Təəssüf ki, çempionatın səviyyəsi aşağı düşüb. Klublarda məlum problemlərin olması rəqabəti azaldıb. Cəmi üç komanda mükafatlar uğrunda nəsə etməyə çalışır. Ölkə çempionatını belə vəziyyətdə görmək çox ağrıdıcıdır. Futbolçuların səviyyəsi əvvəlki kimi deyil. "Bakı", "Xəzər-Lənkəran", "Simurq" kimi klublar rəqabət göstərmədi. Zaqatala təmsilçisi yaxşı başlamışdı, sona qədər davam gətirmədi. Bütün bu amillər ölkə futboluna təsir edir. "Bakı"nın yüksək dəstəni tərk edəcəyini yazırlar. Bu xəbər ürəyimi ağrıdır.

- Belə olan halda avrokuboklarda klublarımızın işi çətin olacaq. Sizcə hansı klubumuz qrupa vəsiqə qazana biləcək?
- Bu suala cavab vermək asan deyil, İndiki şəraitdə qrup mərhələsinə vəsiqə qazanmağı bacaran klub görmürəm. Oyun baxımından geriləmişik. Əgər püşk bizə güclü rəqib bəxş etsə işimiz daha çətin olacaq. Ola bilər heç qrup mərhələsində təmsil olunmayaq. Bəlkə "Qarabağ" heyətini gücləndirsə nəticə qazana bilər. Əks halda bu il avrokuboklar bizim üçün erkən başa çatacaq. Bu çempionatla qrup mərhələsində oynamaq mümkün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.