15 may 2015 12:00

Sumqayıtın veteranlardan ibarət komandası ən güclü oldu

"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında keçirilmiş futbol turniri başa çatıb. Azerisport.az xəbər verir ki, dünən "Kapital Bank Arena"da yarışın son iki oyunu keçirilib. 3-cü yer uğrundakı qarşılaşmada Sumqayıt Texnologiyalar Parkının komandası Sumqayıt şəhəri 17-ci mikrorayon komandasını 3:0 hesabı ilə üstələyib.

Final görüşündə isə Sumqayıtın veteranlardan ibarət komandası Sumqayıt Şəhər Baş Polis İdarəsinin komandasına 7:4 hesabı ilə qalib gələrək çempion olub.

Daha sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev, Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov, klubun baş meneceri Ceyhun Sultanov, veteran futbolçu Telman Salahov və media nümayəndələri iştiak edib. Qaliblərə kubok, diplom, medal və müxtəlif hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, 12 komandanın iştirak etdiyi turnirə aprelin 30-da start verilmişdi. Yarışda ümumilikdə 150-ə yaxın həvəskar futbolçu iştirak edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.