15 may 2015 11:30
34-cü turun favoritləri bəlli oldu
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "Qəbələ"ni "İnter"lə müqayisədə daha şanslı hesab edir.
Baş tutacaq görüşlərin əmsalları ilə aşağıda tanış ola bilərsiniz:
Topaz Premyer Liqası
34-cü tur
"Simurq" - "Bakı" (1.50 – 3.20 – 4.50)
"Xəzər Lənkəran" - AZAL (2.25 – 3.10 – 2.25)
"Qəbələ" - "İnter" (1.80 – 3.30 – 2.90)
"Qarabağ" - "Sumqayıt" (1.20 – 4.00 – 7.50)
