15 may 2015 00:30
Simurq Bakı ilə oyuna hazırlığı tamamladı
Topaz Premyer Liqasının 34-cü turunda "Bakı"nı qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, öyən gün son məşqinə çıxan Zaqatala klubu bir saatdan artıq çalışıb.
Hazırlıq prosesində zədəli Vüqar Mustafayev və Samir Zərgərov iştirak etməyib.
Qeyd edək ki, cari mövsümün Zaqatalada keçiriləcək son qarşılaşması bu gün saat 17:00-da start götürəcək. Qarşılaşmanı Vüsal Əliyev idarə edəcək.




















