15 may 2015 00:20
Elvin Bədəlov: Dmitri Çerışev məni buraxdığına təəssüflənir
"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov bəyan edib ki, keçmiş baş məşqçisi Dmitri Çerışev onun "Zenit"dən gedişina imkan verdiyinə görə təəssüflənir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zenit"dən mənə zəng edən yoxdur. Amma uşaqların dediyinə görə, Çerışev bir neçə dəfə bəyan edib ki, məni buraxdığına görə təəssüflənir. Çox yaxşı məşqçi, çox yaxşı insandır. Mənə gəlincə, "Neftçi"nin əsas heyət oyunçusu olmaq istəyirəm. Daha sonra isə Rusiyanın aparıcı klublarından birinin heyətində oynamaq istərdim".
