14 may 2015 20:00
Azərbaycan klubu şotland yarımmüdafiəçi ilə maraqlanır
Şotlandiyalı yarımmüdafiəçi Yen Devidson karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.
Məlumatda onunla hansı klubumuzun maraqlandığı açıqlanmır. Lakin o, bu gün 2012-ci ildən formasını geyindiyi "Dandi" klubu ilə yollarını ayırıb. Bu üzdən də Devidsonun azad agent kimi Azərbaycan klublarından birinə keçməyə hazırlaşır.
Maraq üçün xatırladaq ki, 31 yaşlı Devidson əvvəllər "Breçin Siti", "Skarboro" və "Reyt Rovers" kimi klublarda da çıxış edib.
