14 may 2015 19:15
Reynaldo: Hər bir azarkeşimizi Bakcell Arenaya dəvət edirəm
"Qarabağ"ın hücumçusu Reynaldo Silva komandanın azarkeşlərini Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək "Sumqayıt"la oyuna dəvət edib. Azerisport.az xəbər verir ki, o, klubun feysbukdakı rəsmi saytına açıqlamasında bunları söyləyib:
Reynaldo Silva: "Hər bir azarkeşimizi may ayının 16-da "Bakcell Arena"ya dəvət edirəm. Biz birlikdə daha güclü oluruq".
Qeyd edək ki, mayın 16-da "Bakcell Arena"da keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu saat 20:00-da start götürəcək.
