14 may 2015 18:15
Neftçi Mirhüseyn Seyidovu da azad buraxdı
"Neftçi" bir müddət öncə transferə çıxardığı yarımmüdafiəçisi Mirhüseyn Seyidovu da azad buraxıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun yaydığı məlumatda bildirilir:
"Futbolçu Mirhüseyn Seyidovun müraciəti nəzərə alınaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Neftçi” PFK yarımmüdafiəçiyə azad agent statusu verib. "Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq".
