14 may 2015 14:45
Məqsəd Yaqubəliyev: Bakı avtobusdakı problemə görə Zaqatalaya gedə bilmədi
Bu gün "Bakı"nın əvəzedici komandasının 34-cü tur çərçivəsində qarşılaşmalı olduğu "Simurq"la səfər oyununa yollanmaq istəmədiyi barədə xəbər aldıq. Azerisport.az saytına olaraq bu xəbəri dəqiqləşdirmək üçün klubun vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxladıq.
O isə bizə komandanı aparan avtobusun Şamaxı yaxınlığında qəzaya uğraması səbəbindən problemlə üzləşdiklərini bildirmişdi. Komandanın baş baş məşqçisi Məqsəd Yaqubəliyev də bu xəbəri təsdiqləyib: "Biz avtobusdakı problemə görə matça gedə bilmədik. Növbəti oyuna gəlincə, "Bakı" matça çıxacaq".
