14 may 2015 13:00
Fələk Şotlandiya çempionu oldu
Şotlandiyada U-20 komandaları arasında təşkil olunan çempionata yekun vurulub. Azerisport.az xəbər verir ki, həlledici - 32-ci turda Azərbaycanın U-19 yığmasının sabiq üzvü - Cem Fələyin komandası "Aberdin" səfərdə "Hibernian"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə bitib. Fələk isə bu görüşün iştirakçısı olmayıb.
Bu nəticədən sonra xallarının sayını 77-yə çatdıran "Aberdin" Şotlandiya çempionu adını qazanıb.
