14 may 2015 12:45
Lorenzo Ebesilio: Rusiyada Azərbaycanla müqayisədə mətbuat futbola daha çox diqqət ayırır
Rusiyanın "Mordoviya" klubunun yarımmüdafiəçisi Lorenzo Ebesilio Azərbaycan və Rusiya futbolunu müqayisə edib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin keçmiş futbolçusu bunları söyləyib:
"Rusiya futbolu təbii ki, xeyli güclüdür. Bunu təkcə futbolçu seçiminə görə yox, həm də klubların imkanlarına görə söyləmək olar. Eyni zamanda matçların təşkilatçılığı baxımından da çox fərq var. Xüsusilə, mətbuat futbola böyük diqqət ayırır. Belə şəraitdə futbol oynamaq da xoş olur".
