14 may 2015 12:15
Neftçi Boqatinov transferini təkzib etdi
"Neftçi" Makedoniya yığmasının qapıçısı Martin Boqatinovu transfer edəcəkləri barədə xəbərləri təkzib edib. Azerisport.az saytına klubdan verilən məlumatda bunlar qeyd olunub:
"Neftçi" tərəfindən Boqatinova heç bir maraq göstərilməyib. Bizim nümayəndələrimiz bu qapıçı ilə danışıq aparmayıb və buna hazırlaşmır da. Biz ilk dəfə bu qapıçının adını mətbuatdan eşitmişik".
Qeyd edək ki, Boqatinov da ötən gün azerisport.az saytına açıqlamasında "Neftçi"yə keçidinin mümkün olduğunu və menecerinin bununla bağlı danışıq apardığını söyləmişdi.
